Oyunu qolla açan, qolla qapadan “Qarabağ” – daha bir Avropa nəhəngi Bakıdan qanıqara getdi
“Qarabağ”ın bir az əvvəl başa çatan oyunu gerçəkdən möhtəşəm oldu. Komandamızı oyunun əvvəlində qol hesabını açdı, axırında qolla qapatdı. Rəqibin oyunun ortasındakı qollarından biri elə-belə qol idi, hakimin almanlara hədiyyəsi idi. Ondan əvvəl rəqiblər “Qarabağ”ın forvardına qarşı cərimə meydançasının içində daha böyük kobudluğa yol vermişdilər, ancaq hakim oyunu davam etdirmişdi. Komandamızın rəqib oyunçusunun qarşısını kəsməsi isə penalti ilə qiymətləndirildi. Haqsızlıq göz önündə idi. Xüsusilə də 1 dəqiqə öncəki epizodla müqayisədə. Biz belə ayrı-seçkiliklərə çoxdan öyrəşmişik. Az qala elə bir oyun yoxdur ki, hakimlər “Qarabağ”ın qapısına penalti təyin etməsinlər. Dünya üzrə…
Read More