İdman
Yığmamız Xorvatiyaya güclü heyətlə gedir
Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran Pri start götürəcək. ARANTV.AZ xəbər verir ki, üç gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq. Yığmamız kişilərdə Vüqar Şirinli, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev […]
“Qarabağ”ın sponsoru araya girdi: Oyun yayımlana bilər
Məlum olduğu kimi, bu gün baş tutacaq “Kukesi” – “Qarabağ” matçının ölkəmizdə yayımlanması üçün heç bir telekanalımız qarşı tərəflə razılaşmayıb. ARANTV.AZ xəbər verir ki, azarkeşlərin istəyini nəzərə alan klub rəhbərliyi və sponsoru “Azərçay” yayım məsələsini öz üzərinə götürüb və Albaniya telekanalı ilə danışıqlara başlayıb. Hazırda danışıqlar davam edir. İlk mərhələdə baş tutan danışıqlar uğurlu alınıb. Saat […]
Messi İtaliyada oynaya bilər
İtaliyanın “İnter” klubu argentinalı Lionel Messini transfer edə bilər. ARANTV.AZ xəbər verir ki, Kriştianu Ronaldunun “Yuventus”a transferindən sonra Milan klubu İtaliyada rəqabətə davam gətirmək üçün argentinalı ulduzu heyətinə qatmaq istəyir. Klubun 0.37 faiz səhmlərinə malik olan “Pirelli” şirkətinin baş direktoru Tronketti Provera da Messinin transferini istədiklərini bildirib: “Messi kimi futbolçuya necə yox deyəsən?! Ümid edirəm ki, “Saninq Qrup” (“İnter”in […]
“Qarabağ”ın Çempionlar Liqası matçı Azərbaycanda göstərilməyə bilər
Bu gün “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” komandası ilə keçirəcəyi ilk görüş Azərbaycan teleməkanında göstərilməyə bilər. ARANTV.AZ xəbər verir ki, buna səbəb qarşı tərəfin Azərbaycan telekanallarından 10 min avro istəməsidir. Lakin Azərbaycanın iki idman telekanalı – “İdman Azərbaycan” və “CBC Sport” bu pulu ödəmək iqtidarında deyil. Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçiriləcək bu […]
Məsuddan Almaniyaya “tarixi qol” – Türkiyə önə keçdi
Almaniya milli komandasından ayrılmaq qərarı ilə bütün dünyada rezonans doğuran Məsud Özil Türkiyə ilə Almaniya arasında UEFA-nın Avro-2024 turnirinə ev sahibliyi uğrunda mübarizəyə də təsir göstərib. ARANTV.AZ xəbər verir ki, 2024-cü il Avropa çempionatının keçirilməsi üçün Almaniya ilə yarışan Türkiyə Məsud Özilin qərarı ilə üstünlüyü ələ alıb. Özilin milli komandanı tərk etmək üçün göstərdiyi səbəblər […]
“Qarabağ” növbəti sınaq qarşısında – İlk oyun
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ” bu gün ilk oyununu keçirəcək. ARANTV.AZ xəbər verir ki, təmsilçimiz Loro Boriçi stadionunda, saat 21:00-da Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq. Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Ola Hobber Nilsen, onun köməkçiləri Tom Harald Qronevik, Qeyr İsaksen, dördüncü hakim isə Kai Erik Steen olacaq. UEFA […]
“Trabzonspor” Şeydayevi üstündə pulla birgə dəyişdirir
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin digər klubuna keçə bilər. ARANTV.AZ xəbər verir ki, forvardın “Osmanlıspor”un nigeriyalı futbolçusuAminu Umarla dəyişdirilməsi variantı var. Fabian Kastilyonun gedişindən sonra “Trabzonspor” uzun müddətdir danışıq apardıqları afrikalı hücumçu üçün “Osmanlıspor”la təmasa keçib. Trabzonlular Umar müqabilində qarşı tərəfə Ramil Şeydayev və 350 min avro pul təklif ediblər. “Osmanlıspor” hələlik bu təklifə heç bir cavab […]
“Qarabağ” afrikalı hücumçunu heyətinə qatdı
Yeni mövsümə altı yeni transferlə başlayan “Qarabağ” bu dəfə hücum xəttini gücləndirib. ARANTV.AZ xəbər verir ki, Ağdam klubu “Bursaspor”un forvardı Dzon Delarjı heyətinə qatıb. Konqolu hücumçu ilə üç (2+1) illik müqavilə imzalanıb. Delarj karyerasına Kamerunun “Union” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Çexiya), “Admira” (Avstriya) və “Osmanlıspor” (Türkiyə) klublarında oynayıb. 28 yaşlı hücumçunun son klubu […]
Antidopinq Agentliyinə gözlənilməz müraciət
Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib. ARANTV.AZ gol.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli məlumat verib. Onun sözlərinə görə, Rafael Məmmədov özü dopinqdən istifadə etməsi ilə bağlı quruma müraciət edib: “Rafael Məmmədov əvvəllər peşəkar səviyyədə hansısa idman növü ilə məşğul olub. Sonra həmin idmanı […]
Ərdoğandan Məsut Özilə dəstək: Gözlərindən öpürəm
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Almaniya millisindəki karyerasını başa vuran futbolçu Məsut Özilə dəstək olub. ARANTV.AZ xəbər verir ki, dövlət başçısı dünən türk əsilli yarımmüdafiəçi ilə danışdığını söyləyib: “Dünən Məsutla danışdım. Onun açıqlaması tam milli davranışdır. Məsutun gözlərindən öpürəm. Almaniya milli komandasının uğurları üçün tər tökən gəncə qarşı belə irqçi yanaşma qəbuledilməzdir”. Qeyd edək ki, Məsut Özilin Rəcəp Tayyip Ərdoğanla […]