Dünya 

Putin: “Şimal-Cənub” marşrutu ilə bağlı İran və Azərbaycanla razılaşma var”

“Şimal-Cənub” marşrutu layihəsini həyata keçiririk. Prosesin bütün iştirakçıları Azərbaycan və İranla razılaşmalar var. Həmçinin Qazaxıstan və Türkmənistan da bu layihəyə maraq göstərir”. Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən enerji həftəsində deyib. Rusiya liderinin sözlərinə görə, layihə tamamlanmaq üzrədir, bütün məqsədlər üçün şura yaradılır. Mənbə: TASS

Read More
Dünya 

Ceyk Sallivan: “ABŞ HƏMAS-ın İsrailə hücum etməyə hazırlaşdığına dair heç bir əlamət görməyib”

“ABŞ kəşfiyyatı HƏMAS terror qruplaşmasının İsrailə hücumuna dair heç bir hazırlıq əlaməti görməyib”. Bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ağ Evdə keçirdiyi brifinqdə bildirib. ABŞ kəşfiyyatının HƏMAS-ın İsrailə hücum hazırlığı görməsinə dair hansısa məlumata malik olub-olmadığı sualına cavab verərkən Sallivan qeyd edib ki, Vaşinqtonun belə bir məlumatı olmayıb. “Biz, israillilərin özləri kimi, bu tip hücuma işarə edən heç bir şey görmədik”, – deyə o bildirib. Eyni zamanda, Təl-Əvivin hücuma necə yol verdiyi ilə bağlı suala cavab olaraq müşavir bunu İsrail hökumətindən soruşmağı xahiş edib. “Göz qabağındadır ki, İsrail…

Read More
Dünya 

Ermənistan ordusunun əsgərini ildırım vurdu

Ermənistan silahlı qüvvələrinin müqavilə ilə xidmət edən hərbi qulluqçusu ildırım vurması nəticəsində ölüb. Ermənistan KİV bildirir ki, hərbçinin ölümü ilə bağlı məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan təsdiqləyib. Lakin o, hərbçinin ölümünün səbəbləri ilə bağlı ətraflı açıqlama verməyib. Ölən hərbçi Geqarkunik rayonunda yerləşən hərbi hissədə xidmət edib.

Read More
Dünya 

İranda yaşayış evində partlayış: Səkkiz nəfər həlak olub

İranın Xuzistan əyalətində yaşayış evində məişət qazının partlaması nəticəsində səkkiz nəfər həyatını itirib. Qeyd olunur ki, hadisə Əhvazdan 15 kilometr aralıda yerləşən Djariye kəndində baş verib. Hadisənin baş verdiyi yaşayış evində iki ailə yaşayıb. Partlayış gücündən yaşayış evi tamamilə dağılıb. Hadisə nəticəsində ikisi uşaq olmaqla azı dörd nəfər yaralanıb. Hadisənin digər təfərrüatı barədə məlumat verilmir. Mənbə: Khabarban.com

Read More
Dünya 

İsrail HƏMAS təşkilatının qurucusunu məhv edib

İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində HƏMAS-ın qurucusu Şeyx Əbdülfəttah Duxan(“Əbu Üsamə”) öldürülüb. Bu barədə İsrail KİV-ləri məlumat yayıb. Qeyd edək ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

Read More
Dünya 

Sursat dolu təyyarə İsraildə eniş etdi – VİDEO

İsrail ordusu üçün sursat daşıyan ilk ABŞ təyyarəsi İsrailə çatıb. Bu barədə İsrail ordusunun Mətbuat Xidmətindən məlumat verilib. “ABŞ hərbi sursatları ilə yüklənmiş ilk təyyarə İsrailə enib. Təyyarə gecə saatlarında Nevatim bazasına eniş edib. Sursatlar əhəmiyyətli zərbələr endirmək və əlavə döyüş ssenarilərinə hazırlıq üçün nəzərdə tutulub”, – deyə məlumatda bildirilib. İsrail hərbçiləri dəstəyinə görə ABŞ-yə minnətdarlıqlarını bildiriblər. “Bizim ortaq düşmənlərimiz bilirlər ki, ordularımız arasında əməkdaşlıq heç vaxt olmadığı qədər güclüdür və regionda təhlükəsizliyin, sabitliyin təmin edilməsi üçün əsas amillərdəndir”, – deyə məlumatda qeyd edilib. Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti…

Read More
Dünya 

Azərbaycanlı Rusiyada lotereyada 100 milyon pul uddu – FOTO

Rusiyada yaşayan azərbaycanlı Azər Musayev lotereyada 100 milyon rubl (təxminən 1 milyon 695 min manat) pul udub. Bəxti gətirən soydaşımız bildirib ki, uduşlu lotereya biletinin qiyməti 500 rubl (8 manat 40 qəpik) təşkil edib. “Əvvəlcə iki bilet seçdim. Onlar uduşsuz idi. Dedim, son dəfə cəhd edim. Qəpiklə lotereyanın qoruyucu təbəqəsini siləndə sətirdə 5 milyon gördüm. Sevindim, heç təkrar yoxlamadım da və artıq anladım ki, bu məbləği udmuşam. Bileti satıcıya verəndə o da yoxladı və məlum oldu ki, 5 milyon yox, əslində, 100 milyon qazanmışam. Düzünü desəm, mən buna dərhal inanmadım”,…

Read More
Dünya 

İsrail Xameneiyə səsləndi: “Tezliklə peşman olacaqsınız” – FOTO

İsrail hökumətinin rəsmi “X” sosial şəbəkə hesabında İranın ali rəhbəri Əli Xameneiyə cavab verilib. Xatırladaq ki, Əli Xamenei “X” sosial şəbəkə hesabında HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi əməliyyatları dəstəkləyib. “Təl-Əviv özünü qurban kimi göstərməyə çalışaraq Qəzzada insanların kütləvi şəkildə öldürülməsinə haqq qazandırmaq istəyir”, – deyə Əli Xamenei qeyd edib. İsrail dövlətinin cavabında isə deyilir: “Klaviatura arxasında gizlənib cəsarətli olmaq asandır. Siz və HƏMAS-dan olan dostlarınız çox tezliklə öz vəhşi hərəkətlərinizdən peşman olacaqsınız”.  

Read More
Dünya 

Əfqanıstanda ard-arda iki güclü zəlzələ baş verdi

Əfqanıstanın Herat əyalətində ötən şənbə günü baş verən şiddətli zəlzələlərdən sonra yenidən 6,3 və 5,0 bal gücündə iki zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi məlumat verib. Məlumata görə, yerli vaxtla saat 05:11-də 6,3 bal gücündə zəlzələ baş verib və episentri Heratdan 28 kilometr şimal və şimal-qərbdə olub. Bu zəlzələdən 11 dəqiqə sonra eyni bölgədə 5,0 bal gücündə ikinci zəlzələ meydana gəlib. Hər iki zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələlərdən sonra Herat sakinləri təşviş içində küçələrə axışıblar və şəhərdə qısa müddətə elektrik enerjisi kəsilib. Mənbə: Haber Global

Read More