Dünya 

Moskvada həyat iflic OLDU

Moskvaya güclü qar yağıb. Rusiya paytaxtında artıq “narıncı” təhlükə səviyyəsi elan edilib: onlarla aviareys ləğv olunub, yollardakı tıxaclar isə 8-9 bala çatıb. Moskva meri Sergey Sobyanin öz “Telegram” kanalında hava şəraitinin qeyri-adi dərəcədə ağır olduğunu bildirib: “Bu qış bütün rekordları qırır. Qar dayanmaq bilmir. Bu gün aylıq normanın 70%-dən çoxunun yağacağı gözlənilir ki, bu da anomal göstəricidir”. Merin sözlərinə görə, qarın bütün gün və gecəboyu, eləcə də növbəti gün yağmağa davam edəcəyi proqnozlaşdırılır. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına əsasən, əlverişsiz hava şəraiti səbəbindən artıq 19 aviareys ləğv edilib. Onlardan altısının xarici…

Read More
Dünya 

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kuril adaları sahillərində 6 maqnitudada zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 599 km cənub-qərbdə və Severo-Kurilskdən 285 km cənub-qərbdə, zəlzələ ocağı təxminən 55 km dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat verilməyib./Sfera.az/

Read More
Dünya 

Bu ölkə Bakıya olan reysləri ləğv etdi – SƏBƏB

Hindistanın aşağıbüdcəli “IndiGo” aviaşirkəti İran ətrafında cərəyan edən hadisələr fonunda fevralın 28-dək Bakı, Tbilisi, Almatı və Daşkəndə, həmçinin bu istiqamətlərdən bütün uçuşları ləğv edib. Qərar bu gündən qüvvəyə minib. Aviaşirkət uçuşların ləğv edilməsinə səbəb kimi müştərilərin və heyətin təhlükəsizliyinin təmin edilməsi zərurətini göstərib. Müştərilərə alternativ səyahət variantlarından faydalanmaq və ya ödənişi tam geri almaq imkanı təklif olunub. Vəziyyət dəyişdikcə qərara yenidən baxıla biləcəyi vurğulanıb. Qeyd edək ki, ləğv edilən reyslər İranın hava məkanından keçən və ya ona yaxın marşrutları əhatə edir. KLM, “Lufthansa” və “Air France” kimi bir sıra şirkətlər…

Read More
Dünya 

SON DƏQİQƏ! Dəhşətli təyyarə QƏZASI – ÖLƏNLƏR VAR

Orskda göyərtəsində iki kursant olan Diamond təlim təyyarəsi qəzaya uğrayıb. Musavat.com xəbər verir ki, SHOT-un məlumatına görə, təyyarə səhər saat 10:40 radələrində radarlardan itib. Təlim təyyarəsi Canatalap kəndində qəzaya uğrayıb. Təyyarə Novikov adına Leninqrad Akademiyasına məxsusdur. Təcili yardım xidmətləri qəza yerindədir, lakin kursantların taleyi məlum deyil.

Read More
Dünya 

“İranda partlayışları kim törədir?” — məşhur iranşünas analitikin açıqlaması

İranda müxtəlif regionlarda demək olar eyni zamanda baş verən partlayışlar, ölkə rəsmilərinin bildirdiyi “gündəlik təsadüflər” izahlarından fərqli olaraq, təsadüfi hadisələr deyil, koordinasiyalı diversiyalar kimi görünür. Belə fikirini YouTube-də yayımlanan The Breakfast Show kanalında İran üzrə analitik Mixail Krutixin bildirib. Krutixin qeyd edir ki, İran hakimiyyətinin partlayışların səbəbi kimi gətirdiyi “qaz sızması” və ya “çətənə tutuşması” izahları inandırıcı deyil. Verilən misallardan birində, televiziyada göstərilən qaz borusunun, heç partlayış baş verən evə birləşdirilmədiyi də açıqlanıb. Analitikə görə, bütün hadisələrin təsadüfən baş vermə ehtimalı çox kiçikdir və xarici müdaxilənin əlamətləri aşkar görünür. Partlayışlar…

Read More
Dünya 

Pakistanda törədilən hücumlarda 21 nəfər öldürülüb

Pakistanın Bəlucistan əyalətində separatçıların çoxsaylı hücumlarında mülki şəxslər də daxil olmaqla, 21 nəfər öldürülüb. Bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Pakistanın Bəlucistan əyalətindən olan separatçılar bu səhər Pakistanın cənubunda mülki şəxsləri, polis məntəqələrini və hərbi qurğuları hədəf alan onlarla koordinasiyalı hücumun məsuliyyətini öz üzərinə götürüb. Nəticədə 11 mülki şəxs, 10 təhlükəsizlik işçisi öldürülüb. Səlahiyyətlilər bildiriblər ki, son 48 saat ərzində Bəlucistanda azı 108 yaraqlı öldürülüb, onlardan 67-si şənbə günü qeydə alınıb./Apa.az/

Read More
Dünya 

Nyu-Yorkda bərə xidməti qar fırtınası səbəbindən fəaliyyətini dayandırıb

Nyu-York şəhərində bərə xidməti metropolisdəki qar fırtınası səbəbindən fəaliyyətini dayandırıb. “Report”un məlumatına görə, bu barədə Nyu-York meri Zöhran Mamdani “X” sosial media səhifəsində yazıb. “Nyu-York şəhər bərələri qar fırtınası səbəbindən fəaliyyətini dayandırır”, – paylaşımda deyilir. Bununla yanaşı, Mamdani qeyd edib ki, Nyu-Yorkun aqlomerasiyası ərazisinin bir hissəsi olan və faktiki olaraq onu meqapolisin digər dairələri ilə birləşdirən yeganə nəqliyyat arteriyası olan Steyten Aylend adasında bərə xidməti davam edəcək. Şəhər rəsmiləri həmçinin bazar ertəsi günü Nyu-York məktəblərində əyani dərslərin ləğv ediləcəyini və məktəblərin məsafədən fəaliyyət göstərəcəyini açıqlayıblar. Metropoliten ərazisi üzrə on istilik…

Read More
Dünya 

Türkiyə dost, Rusiya düşmən: erməni kəşfiyyatının hesabatı İrəvandakı kremlçiləri dəli etdi

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin yaydığı son məruzə ölkə daxilində ciddi narazılıq və qalmaqala səbəb olub. Musavat.com xəbər verir ki, erməni politoloq Vazgen Petrosyan sənədin Qərbin diktəsi ilə hazırlandığını və Ermənistanın real təhlükəsizlik risklərini əks etdirmədiyini bildirib. Ekspertin sözlərinə görə, hesabatda geniş analitik yanaşma yoxdur, Ermənistanın təhlükəsizliyinə birbaşa təsir edən qlobal və regional təhdidlər faktiki olaraq kənarda saxlanılıb. Xüsusilə İran amilinin sənəddə demək olar ki, yer almaması Petrosyan tərəfindən ciddi boşluq kimi qiymətləndirilib. O vurğulayıb ki, İran Ermənistan üçün açar qonşu və mühüm strateji tərəfdaşdır, regionda təhlükəsizlik balansında əsas rol oynayır.…

Read More
Dünya 

ATƏT-in Baş katibi Ukrayna üzrə danışıqları bərpa etməyə çağırıb

ATƏT-in Baş katibi Feridun Sinirlioğlu diplomatik səylərin Rusiya-Ukrayna münaqişəsinin həllinə müsbət təsir edəcəyinə ümidvardır. “Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Vyanada keçirilən mətbuat konfransında bildirib. Baş katib tərəfləri danışıqları bərpa etməyə çağırıb. “Həm müttəfiqlər və tərəfdaşlar, həm də rəqiblər arasında diplomatik əməkdaşlıq bu gün çox vacibdir. Ümid edirəm ki, davam edən diplomatik səylər müharibəni başa çatdıracaq. Mən tərəfləri danışıqları bərpa etməyə və əsirlərin azad olunması də daxil olmaqla, ikitərəfli etimadı gücləndirmək üçün tədbirlər barədə razılaşmağa çağırıram”, – F.Sinirlioğlu deyib. Onun sözlərinə görə, dialoq və diplomatik əməkdaşlığın…

Read More
Dünya 

İranla bağlı dəhşətli rəqəmlər – Əraqçi aydınlıq gətirdi

İranda etirazlar zamanı 12 mindən çox insanın ölməsi barədə deyilənlər əsassızdır”. “İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. O, bu barədə “Fox News” telekanalının efirində aparıcının sualını cavablandırarkən danışıb. Nazirin sözlərinə görə, ölənlərin sayı yüzlərlə ifadə olunmalıdır.

Read More