Əsas səhifə 

Əbədiyaşar Lider

Hər bir xalqın tarixində böyük əhəmiyyət daşıyan əlamətdar günlər vardır, hansı ki həmin günlərdə xalqın gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 15 İyun Azərbaycan Respublikasının rəsmi bayramlarından biridir, 1997 – ci ilin 15 İyun tarixindən bayram olaraq elan edilib və 1998 – ci ildən etibarən bu bayrama dövlət statusu verilmişdir. 15 İyun Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarix xalqımız üçün əsl…

Read More
Əsas səhifə 

Dahi şəxsiyyət Heydər Əliyev yeni Azərbaycanın memarıdır

Heydər Əlirza oğlu Əliyev 1923–cü il mayın 10–da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939–cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941–ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944–cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdə təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964–cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967–ci…

Read More
Əsas səhifə 

İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda – YENİLƏNİB + FOTO/VİDEO

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Konfransı açan Azərbaycan Prezidenti İlham Əliyev dedi: – Sabahınız xeyir. Əziz qonaqlar, Qarabağa xoş gəlmisiniz, Şuşaya xoş gəlmisiniz. Sizi burada görməyə çox şadam. Əvvəla müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu konfransı təşkil etdiyi üçün mən ADA Universitetinə təşəkkürümü bildirmək istəyirəm. Məni bu konfransa dəvət etdilər və mən burada…

Read More
Əsas səhifə 

Ulu Öndər Heydər Əliyevin Qarabağ sevgisi

Bu gün Ümummilli Lider Heydər Əliyevin arzuladığı bir Azərbaycan var, Qarabağ, onun tacı Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza yenidən həyat qayıdır Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmət etməklə əbədiyaşarlıq rəmzinə çevrilən Ümummilli Lider Heydər Əliyev haqlı olaraq “Dünyanın ən böyük azərbaycanlısı” adlandırılır. Xalqın əsrlər boyu ən ülvi arzusu olan müstəqillik və azadlıq məramını gerçəyə çevirən, ona sosial rifah və sivil cəmiyyət bəxş edən, ölkəsinin beynəlxalq məkanda böyük nüfuzunu təmin edən insan həqiqətən də, ən ali həmvətənimiz, bütün zamanların əsl Azərbaycanlısıdır. Ulu Öndər Heydər Əliyev müdrik dövlət…

Read More
Əsas səhifə 

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 24 il ötür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranma günüdür. ARANTV.AZ-ın xəbərinə görə, XTQ-nin yaradılmasından 24 il ötür. XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. XTQ-nin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. 29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilib. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda XTQ-yə Hikmət Mirzəyev rəhbərlik edib. 2020-ci il iyunun 20-də yeni xüsusi…

Read More
Əsas səhifə 

Ulu Öndər dilimizi xalqın milli–mənəvi dəyərlərimizi yaşadan zəngin sərvət hesab edirdi

Dil millətin mənəvi simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi də millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və onu qorumaq qüdrətinin, eyni zamanda, ədəbi dilinin zənginliyinin təsdiqidir. Bütün bunlarla yanaşı, Azərbaycan dili, həm də xalqımızın varlığının əsas təminatçısı, milli varlığını müəyyənləşdirən mühüm amillərdən biridir. Bir sözlə, ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Bu önəmli məsələdən danışarkən, bir məqamı xatırlatmaq istərdim. Belə ki, ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq, keçmiş SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi.…

Read More
Əsas səhifə 

Regionların gələcək inkişafına möhkəm zəmin

Prezident İlham Əliyevin bölgələrə hər bir səfəri regionların tərəqqisinə, vətəndaşların rifahına, layiqli həyat şəraitinin təmin olunmasına xidmət edən bir siyasətdir Azərbaycanda regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Regionların inkişafı sahəsində uğurla həyata keçirilən Dövlət proqramlarında, habelə bölgələrin sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin uğurlu icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafını təmin edib. Bundan əlavə, həyata keçirilən tədbirlər regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və…

Read More
Əsas səhifə 

Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə o, rəsmi “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik, hər bir ölkəyə sülh və əmin-amanlıq…

Read More
Əsas səhifə 

İlham Əliyev və Mehriban Əliyeva “Cümə” məscidinin açılışında iştirak ediblər – YENİLƏNİB + FOTO

Aprelin 20-də Bakının Nərimanov rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra “Cümə” məscidinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Bu gün multikultural ənənələri, tolerant mühiti, İslam dünyası daxilində həmrəyliyin möhkəmlənməsi istiqamətində atdığı tarixi addımları qlobal miqyasda maraqla qarşılanan Azərbaycanda müxtəlif dinlərin, o cümlədən İslam dinin abidələrinin qorunmasına xüsusi diqqətlə yanaşılır. Son dövrlərdə yeni məscidlərin tikilməsi və ya əsaslı təmiri də bu yanaşmanın təzahürüdür. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın müqəddəs Ramazan bayramı ərəfəsində “Cümə” məscidinin açılışında…

Read More