Hadisə 

Qarajda boğulub ölən sevgililərlə bağlı YENİ TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində beşmərtəbli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü K.Əhədova və 1990-cı il təvəllüdlü E.Zeynalov intim münasibətdə olarkən qazdan boğularaq ölüb.

ARANTV.AZ  unikal.org-a istinadən xəbər verir ki, E.Zeynalov nişanlı olsa da, uzun müddət imiş ki, Könül Əhədova ilə sevgi münasibətində olub. O, K.Əhmədova ilə ailə həyatı qurmaq istəsə də, oğlanın ailəsi buna qarşı olub. Hadisə baş verən gün E.Zeynalov K.Əhədovaya zəng edərək sentyabrın 7-si toyu olacağını, son dəfə onunla görüşmək istədiyini bildirib. Gözəllik salonunda çalışan K.Əhədova anasından qaynaq edəcəyi adıyla icazə alaraq evdən gedib. Elvinlə münasibətlərindən xəbərdar olan K.Əhədovanın anası qızının saat 21:00-dan getdiyini 00:30-a qədər gəlmədiyini görüncə qızına zəng edir. Bu zaman K.Əhədova anasına gələcəyini bildirsə də, sonradan onun telefonuna zəng çatmır. Daha sonra hər iki tərəfin ailəsi onların qarajda boğulduqlarından xəbərdar olur.

Qeyd edək ki, sentyabrın 7-də toyu olacaq E.Zeynalovun bu gün xınayaxtı mərasimi olacaqmış.

Daha çox xəbərlər