Siyasət 

O.Hauzer: “Azərbaycanın Almaniya və bütün Avropa İttifaqı üçün önəmi dəyərləndirildi”

ARANTV.AZ xəbər verir ki, Almaniya Federal kansleri Angela Merkelin Bakıya səfəri Almaniya ilə Azərbaycan arasındakı əlaqələrdə mühüm irəliləyişlər yaradacaq. Bunu Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer Almaniya Federal kanslerinin Bakıya səfərini şərh edərkən bildirib. Fəxri konsulun fikrincə, bu səfər hər iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb. “Bu, iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yaxşı əsasdır. Səfər zamanı Azərbaycanın Almaniya və bütün Avropa İttifaqı üçün önəmi dəyərləndirildi” deyən Otto Hauzer hesab edir ki, bu səfərdən sonra peşə təhsili sahəsində əməkdaşlığın davam etdirilməsi üçün imkan yaranıb. Kanslerin Prezident İlham Əliyevlə danışıqları bu sahədə yeni təşəbbüslərə yol açıb. İndi Almaniya hökuməti bu layihəni irəlilətmək istəyir. “Sumqayıt şəhərində peşə məktəbi inşa olunduqdan sonra müəllimlər hazırlanması prosesinə start verilməlidir”, – deyə fəxri konsul qeyd edib. Onun sözlərinə görə, bu təlimin Almaniyada keçirilməsi mümkündür.

Daha çox xəbərlər