Sumqayıtda tanışlar arasında qan töküldü – Təfərrüat
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.
Şəhər sakini Ataş Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib.
Daha sonra o, hadisə yerini tərk edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ataş Rəşidov saxlanılıb.
Hadisənin pul borcu üstündə yaranan mübahisə zəminində baş verdiyi bildirilir.teleqraf.com

