Hadisə 

Bakıda FACİƏ: “KamAZ” 10 yaşlı uşağı vurdu

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qurban Məhərrəmovun idarə etdiyi “KamAZ 5320” markalı yük avtomobili yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Əkbər Şirəliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci(yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Daha çox xəbərlər