Dünya 

Bu ölkədə uşaqlarla evlənmək QADAĞAN EDİLDİ

Səudiyyə Ərəbistanının Ədliyyə Nazirliyi 18 yaşınadək evliliyi qadağan edib.

ARANTV.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Saudi Gazette” yazır.

Nazir Vəlid əl-Səmaani bütün məhkəmələrə qadağa bildirişi göndərib.

Hazırda 18 yaşından öncə ailə qurmaq üçün nigahın yeniyetmənin mənafeyinə uyğun olduğunu və ona zərər verməyəcəyini təyin edən xüsusi bir məhkəmənin qərarı tələb olunur.

Xatırladaq ki, bu ilin yanvar ayında krallıqda 15 yaşınadək uşaqlara evlənmək qadağan olunmuşdu. Bundan öncə isə evlilik üçün minimum yaş həddi ölkə qanununda qeyd olunmamışdı.

Daha çox xəbərlər