Bir kişi sizdən ayrılmağa qərar veribsə, onu əsla saxlamağa çalışmayın
Bir kişi sizdən ayrılmağa qərar veribsə, onu əsla saxlamağa çalışmayın.
Çünki o qalmayacaq. Kişilər qadınlar kimi emosional varlıqlar deyillər və qadının israrı onda qəlb yumşaqlığı yox, ikrah yaradır.
Yəni, qadından ruhən diksinir.
İsrar edə də bilərsiniz, amma bilin ki, bu acı sonluğu dəyişməyəcək. Əgər qalacaqsa, qalma səbəbi sadəcə bu isrardır və yenə də günlərin birində çıxıb gedəcək. Bir müddət sonra hissləriniz soyuduqda isə etdiyiniz bu yalvarışlar üçün peşmanlıq yaşayacaqsınız.
Getmək istəyənə çətin də olsa icazə verin getsin. Həm özünüzü itirmiş olmazsınız, həm də onun sizə dönüşünü daha asanlaşdırarsınız əgər dönəcəksə…
Bağışlayıb, bağışlamamaq sizin seçiminizdir. Vacib olan heç kimin, ələxsus öz hisslərinizin qarşısında yenilməməkdir. qadinfm

