Region Xəbərləri 

Füzuliyə gələnlər müasirliyin və gözəlliyin şahidi olurlar

ARANTV.AZ xəbər verir ki, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkənin hər yerində olduğu kimi, Füzuli rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, geniş yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, sahibkarlığın və aqrar sahənin inkişafında uğurlar qazanılıb. Dövlət başçısının diqqət və qayğısı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası sayəsində  Fizuli rayonunun işğaldan azad olunmuş kənd və qəsəbələrinin simasını tamamilə dəyişib, Horadiz gözəlliyi ilə seçilən abad bir şəhərə çevrilib.

Horadiz şəhərində işğal dövründə yandırılmış və dağıdılmış küçələr yenidən qurulub, evlər bərpa olunaraq sahiblərinin istifadəsinə verilib. Horadizdə Heydər Əliyev Mərkəzi, Heydər parkı, Qəhrəmanlar parkı, Gənclər Mərkəzi, Rayon İcra hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün inzibati binalar, Bayraq Meydanı, müasir tipli uşaq bağçası, tarix-diyarşünaslıq muzeyi, tikiş fabriki, boulinq zalı tikilib istifadəyə verilib, mədəniyyət sarayı, şahmat məktəbi, dəmir yolunun Horadiz stansiyası yenidən qurulub. Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər həm də doğma rayonlarının inkişafı üçün səfərbərdirlər.

Horadiz şəhərində, kənd və qəsəbələrdə həyata keçirilən tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma işləri, salınan park və xiyabanlar nəticəsində rayona gələn insanlar erməni işğalının qalıqları ilə qarşılaşmır, müasirliyin, gözəlliyin, təmizliyin və səliqə-səhmanın şahidi olurlar. Horadizdə əhalinin asudə vaxtının keçirtməsi üçün yeni-yeni istirahət parkları inşa ediliməkdədir. Şəhər mərkəzində H.Əliyev adına İstirahət parkında, Milli Qəhrəmanlar Parkında, eləcə də Bayraq Meydanı parkında, əhalinin asudə vaxtının mənalı keçirtmələri üçün lazım olan bütün şərait yaradılıb. Mədəniyyət və istirahət parkında uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər quraşdırılıb. Parkda azyaşlılar pulsuz velosipedlər də sürə bilərlər.  Dünyanın müxtəlif ölkələrindən müxtəlif növ ağaclar, dekorativ kollar və gül-çiçək gətirilərək, yaşılıqlar salınıb. Gənc nəslin istifadəsinə verilən internet kafedə quraşdırılan komputerlər yüksək sürətli internet şəbəkəsi ilə təmin edilib. Burada istirahət edənlər üçün parkın mərkəzində müasir texnologiyalardan istifadə etməklə milli və dünya musiqi nümunələrindən təşkil olunmuş kompozisiyalardan ibarət musiqili fəvvarə də yaradılıb. Parkın işıqlandırılması da mükəmməl formada həyata keçirilib. Burada quraşdırılan 2600-dən çox lampa ətrafa füsunkar yaraşıq verir.

Rayonda aparılan quruculuq işləri davam etdirilir. Hazırda Horadiz şəhərində Bayraq Muzeyinin, Bala Bəhmənli kəndi ərazisində Rayon Mərkəzi Xəstəxanasının tikintisi aparılır. Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər öz təsərrüfatlarını genişləndirir, taxılçılıq, pambıqçılıq, baramaçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olmaqla həm özlərinin sosial rifahlarını yaxşılaşdırır, həm də ölkəmizdə ərzaq bolluğunun yaradılmasına töhfələrini verirlər. Son illər rayonda əsas sahə olan taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində mühüm addımlar atılıb. Rayonda hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı, 500 hektar ərazidə isə toxumçuluq təsərrüfatı yaradılıb. Bu il Füzulidə 36 min 419 hektar sahədən 108 min 217 ton taxıl yığılıb.

Rayon kümçüləri isə bu il 37,5 tondan artıq yaş barama istehsal ediblər. Bu göstərici ilə Füzuli respublikada ən çox barama istehsal edən rayonlar sırasındadır. Rayonda ənənəvi təsərrüfat sahələri olan pambıqçılıq və baramaçılıq da inkişaf etdirilir. 2100 hektar sahədə pambıq becərən “ağ qızıl” istehsalçıları da ili yüksək nəticələrlə başa vurmaq niyyətindədirlər. Artıq rayonda pambıq yığımına başlanıb.  Bu il rayonda 4 min tondan artıq pambıq istehsal olunacağı proqnozlaşdırılır. Füzuli rayonunda fermer və torpaq mülkiyyətçıləri cari ildə həmçinin 1818 ton kartof, 1209 ton tərəvəz, 396 ton bostan məhsulları istehsal ediblər. Horadiz şəhərindəki istixana kompleksində isə ixrac yönümlü pomidor və xiyar yetişdirilir. Haramı ərazisində 2700 hektar ərazini əhatə edən yeni aqropark rayonun iqtisadiyyatının daha da inkişafına, ərzaq təhlükəsizliyinin təmin olunması üçün strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, əhalinin məşğulluğunun təmin olunmasına öz töhfəsini verəcək.

Rayonda son illər həyata keçirilən ən uğurlu layihələrdən biri kimi xalça müəssisəsini qeyd etmək olar. “Azərxalça” ASC-nin Füzuli filialında Qarabağın tarixi xalça çeşniləri əsasında xovlu xalçalar toxunur. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Xalçaçılar  burada həm Qarabağ xalçaçılıq məktəbinin ənənələrini davam etdirirlər.

Daha çox xəbərlər