Cəmiyyət 

Bayramlardan sonra “formaya düşməyin” yolları – Dietoloq MƏSLƏHƏTLƏRİ

Dietoloq Natalya Gerasimova Yeni il tətilindən sonra bədəni “formaya salmaq” üçün bir neçə məsləhət verib.

ARANTV.AZ-ın lent.ru-ya istinadən verdiyi xəbərə görə, həkim bir gün mədəyə istirahıt verib, ət və balıqdan imtina edərək, pendir, kolbasa, mayonezdən daha az istifadə etməyi, təzə tərəvəzlərə üstünlük verməyi məsləhət görüb.

Mütəxəssis, həmçinin, yeməklərdə duzu azaltmağı və daha çox su içməyi tövsiyə edib.

Onun sözlərinə görə, tərkibində yüksək miqdarda kalium olan mineral su içmək daha yaxşıdır.

Gerasimova qeyd edib ki, tətildən sonra “fomaya düşməyin” daha bir effektiv yolu idman və təmiz havada gəzməkdir. Yuxu rejimini də qaydaya salmaq vacibdir.

Daha öncə Rusiya Milli Dietoloqlar Assosiasiyasının üzvü Yelena Tixomirova bu mövzuda danışaraq bildirib ki, gündə 2 litrdən çox su içmək bayram günlərində orqanizmdə yığılan artıq mayeni çıxarmağa kömək edir. Qidalanmada karbohidrat miqdarını azaltmaq vacibdir. Mütəxəssis səhər yeməyinə sıyıqlar əvəzinə, zülalla zəngin yüngül qida məhsullarından (kəsmik, omlet və s.) istifadə etməyi məsləhət görür.

Daha çox xəbərlər