Dünya 

Məktəblər və yüzlərlə kəndin yolu bağlandı – GÜCLÜ QAR

Türkiyənin Van və Hakkari vilayətlərində dünən gecə başlayan güclü qar səbəbilə məktəblərdə bir günlük tətil elan edilib.

ARANTV.AZ xəbər verir ki, sözügedən ərazilərdə qarın qalınlığı 15 sm-ə çatıb. Mövcud hava şəraitinin bir neçə gün davam edəcəyi proqnozlaşdırılır.

Van vilayətində qar 359 kəndə gediş-gəlişi çətinləşdirib.

Büyükşehir və İpekyolu bələdiyyələrinin əməkdaşları səhər saatlarından etibarən yollarda təmizliyə başlayıb.

Dövlət qurumlarında çalışan fiziki məhdudiyyətlilər və hamilələr də bu günlük işdən azad edilib.Publika.az

Daha çox xəbərlər