Koronavirus BƏƏ-yə də ayaq açdı
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ilk dəfə koronavirusun yeni növünə yoluxma halı qeydə alınıb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Səhiyyə Nazirliyi məlumat yayıb.
“BƏƏ-də koronavirusa ilk yoluxma halı baş verib. Hazırda xəstənin vəziyyəti stabildir, həkim nəzarəti altındadır”, – nazirlikdən bildirilib.
Qurumdan virusa kimin harada və necə yoluxduğuna dair məlumat verilməyib.
Qeyd edək ki, son məlumatlara görə, Çində dekabrın sonlarında yayılan koronavirusa təxminən 6 min insan yoluxub, onlardan 132-si dünyasını dəyişib.
Bundan əlavə, Tailand, Avstraliya, Sinqapur, Yaponiya, ABŞ, Fransa və Almaniya da daxil olmaqla bir sıra ölkələrdə virusa yoluxma halları qeydə alınıb.

