Rusiyalı koronovirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Rusiyanın Tula vilayətində bir kişi koronovirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
News.ru-nun xəbərinə görə, o, Çindən səyahətdən gəlib.
Xanyan adasından gələn Rusiya vətəndaşı Tula ərazisində xəstəxanaya yerləşdirilib.
Hazırda xəstə infeksiya şöbəsində həkim nəzarətindədir.
Onun üzərində laborator müayinə və müalicə aparılır.
Xəstənin mənzilində epidemiyaya qarşı kompleks tədbirlər həyata keçiriləcək.

