Manset 

ADA Universitetində tələbələr Şərəf Andı içiblər

ARANTV.AZ xəbər verir ki, ADA Universitetinin tələbələri  Şərəf Andı içiblər. Hər il yeni qəbul olan bakalavr və magistrlar dərslərinə və təhsil prosesinə məsuliyyətlə yanaşacaqlarına söz verirlər.

Bu tədris ilində Şərəf Məcəlləsini yeni qəbul edilən 540 bakalavr, 130 magistr, 35 müəllim imzaladı. ADA Universitetinin Şərəf Məcəlləsi  beş akademik əxlaq və dürüstlük prinsipindən ibarətdir. “Yalan danışma! Aldatma! Plagiatlıq etmə! Ayrı-seçkilik salma! Bu prinsipləri pozmaqda başqalarına yardım etmə!”.  ADA Universitetinin fəlsəfəsi akademik əxlaq və dürüstlüyün sanksiya, qadağa və hədələrin tətbiqi ilə deyil, bu dəyərləri yüksək tutan akademik mədəniyyətin aşılanmasına arxalanır. Yeni tələbə və müəllimlər Şərəf Andı içərək universitetin akademik əxlaq və dürüstlük prinsiplərinə sadiq qalacaqlarına söz verirlər.  ADA Universitetinin rektoru Hafiz Paşayev  rəhbərlik etdiyi təhsil ocağının Azərbaycanın inkşafı üçün yeni kadrlar hazırlanması missiyasını uğurla həyata keçirdiyini dedi. Onun sözlərinə görə, bura yerli və xarici professor-müəllim heyətinin cəlb edilməsi, yaradılan şərait dünyanın aparıcı universitetləri ilə ayaqlaşa biləcək keyfiyyətli təhsil verməyə imkan yaradır. ADA Universitetində təhsil alan əcnəbi tələbələr də buradakı təhsilin səviyyəsindən razıdırlar.

Daha çox xəbərlər