Cəmiyyət 

Parlament seçkiləri ilə bağlı YAP-ın fonduna daxil olan vəsaitin məbləği açıqlandı

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, partiyanın Mərkəzi Seçki Komissiyasına verdiyi maliyyə hesabatına əsasən, partiyanın xüsusi seçki fonduna fiziki şəxslərin könüllü ianəsi hesabına daxil olan vəsaitin məbləği 453 300 manat təşkil edib.

Daha çox xəbərlər