4 Türkiyə əsgəri Suriyada şəhid oldu
Türkiyə ordusunun 4 əsgəri Suriyada şəhid olub.
ARANTV.AZ xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Suriya Ordusunun İdlibə başladığı əməliyyat davam edir. Dünən gecə şəhər top atəşinə tutulub.
Nəticədə Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 9-u isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

