Soyğun anbaan görüntüləndi: “Pulları çıxar, yoxsa partladaram” – VİDEO
Türkiyədə yanacaqdoldurma məntəqəsinin naməlum silahlı şəxs tərəfindən qarət olunması anbaan qeydə alınıb.
Kadrlardan görünür ki, üzündə maska olan şəxs “Pulları çıxar, yoxsa partladaram”, – deyə işçini hədələyir.
“HaberGlobal”ın məlumatına görə, hadisə Türkiyənin Kayseri şəhərində yaşanıb.
Soyğunçu çoxlu sayda tütün məmulatları və pulu aldıqdan sonra naməlum istiqamətdə gözdən itib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı tədqiqatlara başlayıblar.

