Dünya 

Türkiyədə yanvarda daha 27 qadın öldürülüb

“Qadın Cinayətlərinin Dayandırılması” Platforması 2020-ci ilin yanvar hesabatını açıqlayıb. Məlumata görə, yanvar ayında 27 qadın öldürülüb. Hesabata görə, yenə də qadınların əsasən odlu silahla öldürülüb.

ARANTV.AZ  xəbər verir ki, Platforma 2020-ci ilin yanvar hesabatında Türkiyədə işlənən qadın cinayətlərini təqdim edib. Platformanın paylaşdığı hesabat belədir: “Yanvar ayına 27 qadın qətlə yetirilib, 7 qadının şübhəli şəkildə ölü tapılıb. 22 qadının öldürülməsinin səbəbi müəyyən edilməyib, 5-nin boşanmaq istədiyi, barışmadan imtina edildiyi, dostluq istəyindən imtina edildiyi öz həyatına davam etməsi üçün öldürülüb.”

Hesabatda bildirilir ki, 27 qadından 3-nün kim tərəfindən öldürüldüyünü müəyyən edilməyib, 7-si birlikdə olduğu, 5-i ailəli olduğu əri, 5-i oğlu, 3-ü atası, 2-si keçmiş həyat yoldaşı, 1-nin qohumu və 1-nin də keçmişdə birlikdə olduğu adam tərəfindən öldürüldüyü müəyyənləşdirilib.“İki sahil”

Daha çox xəbərlər