Türkiyəli müğənni Aygünün paltarından geyindi – Fotolar
“Türk malı” serialında çəkilən aktrisa və müğənni Selen Görgüzel yenə geyimi ilə gündəmə gəlib. ARANTV.AZ-ın məlumatına görə, ifaçı bu dəfə xalq artisti Aygün Kazımovanın qara libasından geyinib. Selenin paltarını azərbaycanlı dizayner Rüfət İsmayıl hazırlayıb. Aygün Kazımova bu libası 2018-ci ildə Türkiyədə nüfuzlu “Altın Kelebek” mükafat gecəsində geyinib. Qeyd edək ki, S.Görgüzel bundan əvvəl dünya ulduzu Beyonsun libasından geyinmişdi.



