300 kq ot yandı
Neftçala rayonunun Aşağı Qaramanlı kəndində ümumi sahəsi 110 m² olan köməkçi tikilinin tavanı 20 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 300 kiloqramı yanıb.
ARANTV.AZ xəbər verir ki, tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.“İki sahil”

