Hadisə 

Bakıda avtomobil qaçıran şəxsdən narkotik götürüldü

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.
Hadisə fevralın 20-də, saat 10:30 radələrində paytaxtın Xətai rayon ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxs 1975-ci il təvəllüdlü Ramiz Məmmədova məxsus “KİA Cerato” markalı avtomobili qaçırıb.
Daha sonra R.Məmmədov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Anar Abbasov Xətai rayon, Naximov küçəsi, 12 saylı ünvanın qarşısında həmin avtomobildə olarkən saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.Sonxeber.az

Daha çox xəbərlər