Sürücülər və sərnişinlərin diqqətinə: koronavirus təhlükəsindən belə qorunmaq lazımdır – VİDEO
Minik avtomobillərinin sürücüləri və ictimai nəqliyyatdan istifadə edən sərnişinlər koronavirus təhlükəsi ilə bağlı daha diqqətli olmalıdırlar. Bu məqsədlə onlar bir sıra qaydalara əməl etməlidirlər.
ARANTV.AZ-ın məlumatına görə, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov koronavirusla bağlı minik avtomobillərinin sürücülərinə bir sıra tövsiyələr verib.
Ərşad Hüseynov bildirib ki, sürücülər avomobillərində sağlamlığına əmin olmadıqları sərnişin olduqda onun düşməsindən sonra bütün şüşələri endirilməli, imkan olduqda hətta qapıları açmaqla salon havasını dəyişməli, onun toxunduğu yerlər dezinfeksiya edilməlidir. Bununla yanaşı tövsiyə olunur ki, avtomobildə hər ehtimala qarşı tibbi maska saxlamağa çalışmaq lazımdır.
Koronavirusla bağlı ictimai nəqliyyatdan istifadə edən sərnişinlər də bəzi qaydalara əməl etsələr bu virusdan qorunmuş olarlar.
Xezerxeber.az

