Cəmiyyət 

Azərbaycanda satıcısı olmayan gül dükanı – VİDEO

Sumqayıt şəhərində satıcısı olmayan gül dükanı fəaliyyət göstərir.

ARANTV.AZ-ın məlumatına görə, mağaza şəhərin 42-ci məhəllə, Çerkassi küçəsindədir.

Sumqayıt şəhər qəbiristanlığının yaxınlığında yerləşən mağazaya gələn müştərilər istədikləri qədər gül götürür, pulunu isə qutuya atırlar.

Gül dükanı satıcısız axşam saat 7-ə kimi fəaliyyət göstərir. Sahibini isə yalnız dükandan gül qurtaranda görmək mümkündür.

Xezerxeber.az

Daha çox xəbərlər