Cəmiyyət 

Vilayət Eyvazov yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yeni şöbə rəisi təyin edilib.

ARANTV.AZ  yenisabah.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhman Kərimov vəzifəsindən azad olunaraq Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsində yeni yaradılan Təhqiqat Şöbəsinə rəis edilib.

Qeyd edək ki, Rəhman Kərimov əvvəllər Sabunçu və Xətai RPİ-də müstəntiq vəzifəsində çalışıb.

Daha çox xəbərlər