Dünya 

Qadınları avtobuslarda pulsuz BƏZƏYƏCƏKLƏR – 8 mart münasibəti ilə

Moskva vilayətinin Mıtiş, Domodedovo və Pavlovskiy Posad şəhərlərində martın 6-də avtobuslarda qadınların saç və makiyajlarını pulsuz edəcəklər.

ARANTV.AZ-ın moslenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Mostransavto SC”- nin mətbuat xidmətinən bildirilir.

Belə ki, 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunan aksiya çərçivəsində peşəkar makiyaj və saç ustaları qadınları bəzəyəcəklər.

İçərisində pulsuz gözəllik salonları təşkil olunan avtobuslar həmin şəhərlərdəki avtovağzalların və dayanacaqların yaxınlığında yerləşdiriləcək.

Bu avtobuslar xüsusi üslubda bəzədiləcək.

“Bayramöncəsi gündə sərnişinlərimiz üçün bahar əhval-ruhiyyəsi yaratmaq istəyirik ki, işə gedərkən bir neçə dəqiqə yubanmaqla öz kişi həmkarları qarşısına cazibədar görünüşdə çıxsınlar”, – deyə “Mostransavto” açıqlama verib.

Daha çox xəbərlər