Dünya 

Rusiyanın bu ərazisindən azərbaycanlılar deportasiya edildi

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində miqrasiya qanunlarını pozan azərbaycanlılar deportasiya olunublar.

Rossaprimavera.ru-nun xəbərinə görə, ötən gün ərzində ərazidən 25 miqrant çıxarılıb.

Onlar Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşlarıdır.

Ümumilikdə, ərazidən son 2 ay ərzində 157 əcnəbinin deportasiya edilərək, ölkələrinə göndərildiyi qeyd olunur.

Daha çox xəbərlər