Şəkidəki kənd təsərrüfatı məhsullarının satışı bazarında dezinfeksiya işləri aparılıb
Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Şəki şəhərində əhalinin daha çox istifadə etdikləri kənd təsərrüfatı məhsullarının satışı bazarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
ARSANTV.AZ xəbər verir ki, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə bazarda sanitar-təmizlik işlərinə nəzarət xeyli gücləndirilib. Bazarda kütləvi dezinfeksiya işlərinin aparılacağı ilə bağlı alıcı və satıcılara əvvəlcədən xəbərdarlıq edilib. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və əlaqədar dövlət strukturlarının mütəxəssislərinin iştirakı ilə keçirilən dezinfeksiya işləri zamanı bazarın satış piştaxtaları, köşklər, sanitar qovşaqları xüsusi dezinfeksiyaedici məhlulla yuyulub, dərmanlanıb, ərazidə təmizlik işləri aparılıb.
İnsanların sağlamlığının qorunması və əhalinin təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi məqsədilə bazarda dezinfeksiya işləri mütəmadi olaraq həyata keçiriləcək.


