Dünya 

Venesuelada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Venesuelada koronavirusun səbəb olduğu xəstəlikdən ilk ölüm hadisəsi qeydə alınıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin icraçı vitse-prezidenti Delsi Rodrigez Karakasda televiziya kanalında çıxışı zamanı deyib.

Bildirilir ki, dünyasını dəyişən Araqua vilayətinin 47 yaşlı sakini olub.

Venesuela hökuməti martın 13-də ölkədə COVİD-19 virusuna yoluxma halının ilk iki hadisəsi barədə məlumat verib. Prezident Nikolas Maduro martın 17-də respublikanın bütün ərazisində karantin tətbiq etmək qərarını elan edib. Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 107-dir.

Daha çox xəbərlər