Dünya 

Çində son sutka ərzində koronavirusdan beş nəfər ölüb

Çində yeni növ koronavirusun qurbanlarının sayı son gün ərzində beş nəfər artıb, xaricdən gələn yoluxanların sayı isə 595 nəfərə çatıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə ÇXR-in gigiyena və səhiyyə üzrə Dövlət Komitəsi xəbər verib.

Məlumata əsasən, Çində koronavirusa yolxunların ümumi sayı 81 mini keçib. Onlardan 3292 nəfər ölüb, 75 min nəfərdən çoxu isə sağalıb.

ÇXR-da artıq bir neçə gün ərzində yerli koronavirusa yoluxma halları demək olar ki yoxdur, son gün ərzində yalnız bir hal aşkar edilib. Yoluxmuş şəxslərin əksəriyyəti xaricdən – Avropa ölkələrindən və ABŞ-dan gəlir. Epidemiyanın təkrar dalğasının yaranmasının qarşısını almaq üçün hakimiyyət ölkəyə gələnlər üçün məcburi iki həftəlik karantin müəyyən edib.

Daha çox xəbərlər