Ermənistanda koronavirusa yoluxanların sayı 700-ü keçdi
Ermənistanda son sutka ərzində 73 nəfər koronavirusa yoluxub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, koronavirusa yoluxanların sayı 736 nəfərə çatıb.
Hazırda 686 nəfərin müalicəsi davam edir.
Son sutka ərzində 3 yeni ölüm faktı da qeydə alınıb.
Qeyd edək ki, bu günədək ölkədə 7 nəfər virusdan həyatını itirib.

