Rusiya mayın ortalarında taxıl ixracını dayandıracaq
Rusiya Avrasiya İqtisadi İttifaqından kənar ölkələrə taxıl idxalına müəyyənləşdirilən kvotanı artırmayacaq. Ölkənin kənd təsərrüfatı nazirinin müavini Oksana Lutun bu barədə jurnalistlərə verdiyi məlumata görə, müəyyən olunmuş 7 milyon tonluq kvota dolduqdan sonra ixrac dayanadırılacaq: “Kvota 1 aprel-30 iyun tarixlərini əhatə edir. Onun təmin olunmasından sonra taxılın Avrasiya İttifaqından kənara ixracı bu mövsüm üçün dayandırılacaq. İndiki ixrac tempini nəzərə alsaq, kvota mayın ortalarında dolacaq. Kənd Təsərrüfatı Nazirliyi onun artırılması barədə düşünmür”.
Nazir müavini qeyd edib ki, hər hansı şirkət üçün güzəşt nəzərdə tutulmayıb.
Qeyd edək ki, Rusiya hökuməti aprelin 1-dən buğda, arpa, çovdar, meslin və qarğıdalı ixracıba kvota tətbiq edib. Toxumluq məqsədli satışlar istisna olmaqla, bu məhsulların Avrasiya İttifaqından kənara ixracı ümumilikdə 7 milyon tonu keçməməlidir.

