TikTok-da valideyn nəzarəti
TikTok-da valideynlərin övladlarına nəzarətini təmin edəcək yeni funksiya istifadəyə verilə bilər.
ARANTV.AZ ted.az-a istinadən bildirir ki,sözügedən funksiya ilə valideynlər övladlarının hesablarını öz hesablarına bağlaya biləcəklər.
Bunun sayəsində onlar uşaqların hesablarındakı bəzi paylaşımları silə, eləcə də ekran müddətinə nəzarət edə bilirlər.
Çoxları bu yeniliyi şirkətin bir il öncəki qərarlarının davamı kimi başa düşür. Çünki o vaxtlar azyaşlılar valideynlərinin icazəsi olmadan TikTok-da qeydiyyatdan keçə bilmirdilər. Bunun üçün hər iki hesabın ayarlar bölümünə düzəliş etmək lazım idi.
Bununla yanaşı, yeniliyə əsasən, yaşı 16-dan az olanlara mesaj göndərmək olmayacaq.
