Maraqlı 

İnstaqram mesajlaşmada mühüm yenilik edəcək

İnstaqram direct mesajlar üçün iki yeni funksiyanın tətbiqinə başlayacaq.

WhatsApp-ın bir çox funksiyalarına sahib olan İnstaqram istifadəçiləri üçün daha əlverişli hala gətiriləcək. Bu yeniliklərə görə, artıq İnstaqramda da mesajları yönləndirmək olacaq. Funksiya vasitəsilə mesajlar asanlıqla kopyalana biləcək.

 

Digər yenilik isə sırf bir mesajı seçərək onu cavablamaqla bağlıdır. Bu funksiya xüsusilə də qrup danışıqlarını daha anlaşıqlı hala gətirir. Gələn mesajı seçib, onu etiketləyərək cavablamaq mümkün olacaq.

 

Qeyd etdiyimiz yeniliklər hələlik test mərhələsindədir. Yaxın zamanlarda bütün istifadəçilərin ixtiyarına veriləcəyi gözlənilir.ted.az

Daha çox xəbərlər