Cəmiyyət 

Yetkinlik yaşına çatmayanları tütün məmulatlarından istifadə prosesinə cəlb edənlər cərimələnəcək

ARANTV.AZ xəbər verir ki, ölkədə yetkinlik yaşına çatmayanlara tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edənlər cərimələnəcək. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəxalq maşrutlar üzrə hərəkət edən avtobuslar və taksilərdə siqaretin çəkilməsinə görə cərimələrin tətbiqi məsələləri müzakirə olunub.

Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edənlər cərimələnəcəklər. Milli Məclisin əmək və sosial siyasət komitəsinin payız sessiyasının iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik təklif olundu. Komitə sədri Hadı Rəcəbli diqqətə çatdırdı ki, qanuna edilən dəyişikliklərə əsasən yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulur. Bununla yanaşı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilən yerlərdə tütün məmulatlarının çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək. Həmçinin tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə də nəzərdə tutulur. Qanuna edilən digər dəyişikliklərə əsasən, müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəxalq maşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımalar üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məhsullarının çəkilməsinə qadağalar qoyulur. İclasda həmçinin komitənin  2018-ci ilin yaz sessiyasında gördüyü işlər və payız sessiyası üçün nəzərdə tutulan qanunvericilik planı, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi”nin təsdiqlənməsi, tütün və tütün məmulatı”, “Bədən Tərbiyəsi və idman”, “İctimai televiziya və radio yayımı”, teatr və teatr fəaliyyəti” haqqında qanun layihələrinə baxıldı.

Daha çox xəbərlər