Kriminal 

Kişi gecə saatlarında keçmiş arvadını öldürmək istədi, polis imkan vermədi – FOTO

Türkiyənin İstanbul şəhərinin Aksaray rayonunda kişi iki il əvvəl boşandığı qadının evinə hücum edərək onu öldürməklə təhdid edib.

“Haber Global”ın məlumatına görə, hadisə gecə saat 03:00 radələrində baş verib. Kişi qadınla danışmaq istədiyini deyib, buna görə də ondan qapını açmasını tələb edib. Qadın tələbi yerinə yetirmədiyinə görə o, qapı-pəncərəni sındırmağa çalışıb.

Keçmiş həyat yoldaşı Ersin D. adlı şəxsdən polisə şikayət edib. Polis hadisə yerinə gələrkən Ersin oradan uzaqlaşaraq qaçıb. Təxminən yarım saatlıq təqibdən sonra kişini parkda tutmaq mümkün olub.

Qadın bildirib ki, Ersin onu öldürmək istəyib. Qadının şikayətinə əsasən keçmiş ər həbs olunub.

Daha çox xəbərlər