Bakıda orta yaşlı kişiyə bir neçə bıçaq zərbəsi vuruldu
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
“Savalan” yaşayış massivində 1972-ci il təvəllüdlü Şərbətov Rauf Fərhad oğlu naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. R.Şərbətova qarının ön divarının, kürəyin və sol budun kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

