Bərdədə gənc boğazından bıçaq xəsarəti aldı
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ verdiyi məlumata görə, hadisə rayonun “20 Yanvar” adlı ərazisində qeydə alınıb.
Rayon sakini Cəmaləddin Fəxrəddin oğlu Abbasov boğazından bıçaq xəsarəti ilə mərkəzi xəstəxanaya yerləşdirilib. Onun kim tərəfindən bıçaqlanması hələlik müəyyənləşməyib.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.
report

