Kriminal 

Bakıda kişi dostu tərəfindən bıçaqlanıb

Bakının Xəzər rayonunda iki dost arasında dava zamanı biri digərinə bıçaqla xəsarət yetirib.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Məmmədov Tərlan Ağasəlim oğlu dostu ilə mübahisə zamanı bıçaqlanıb. T.Məmmədov sağrı nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Daha çox xəbərlər