“Facebook”-da yeni EMOJİ – “Biz birlikdəyik” – FOTO
İnsanlar sevinc, kədər, qəzəb, təəccüb və digər emosiyalarını sosial mediada cəmi bir emoji ilə rahatlıqla ifadə edə bilirlər.
“Facebook” sosial şəbəkəsində də duyquları, paylaşımlara münasibəti bildirmək üçün daha çox emojilərdən istifadə olunur.
ARANTV.AZ-ın verdiyi xəbərə görə, daha öncə bunun üçün 6 işarə (“like”, “super”, gülüş, təəccüb, kədər, qəzəb) var idisə, bu gün onlara əlində “ürək” tutub qucaqlayan daha bir emoji əlavə olunub.


Bu emoji “Biz birlikdəyik” mənasını verir.


Lakin, təəssüflər olsun ki, bir çoxlarının gözlədiyi “dislike” işarəsi hələ də bu sosial şəbəkədə yoxdur.

BiG.AZ

