Dünya 

Ermənistanda koronavirusa yoluxanların sayı 2 500 nəfəri keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 2 507 nəfərə çatıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 121 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Həftə sonunda 6 nəfərin koronavirusdan ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 39 nəfər koronavirusun qurbanı olub, 1 393 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Daha çox xəbərlər