Gündəm 

Məşhur polkovnik işdən çıxarıldı – AÇIQLAMA

Məşhur polkovnik, Ədliyyə Nazirliyi Gəncə regional idarəsinin rəisi Nizami Qocayev vəzifəsindən azad edilib.  ARANTV.AZ ”BakuPost”a istinadən xəbər verir ki, nazir Fikrət Məmmədovun əmrilə o, təqaidə göndərilib.   2016-cı ildən Ədliyyə Nazirliyi sistemində çalışan N.Qocayev ondan əvvəl DİN-də yüksək cəzifələrdə çalışıb və polis polkovniki kimi məşhurdu.    DİN-in İstintaq İdarəsinin rəisi vəzifəsində çalışan N.Qocayev 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra 2002-ci ildə dövlət başçısı tərəfindən əfv olunub. Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. Sonradan İsmayıllı rayonunun polis rəisi vəzifəsində çalışıb.   Nizami Qocayev təqaüdə göndərildiyini təsdiqləyib: “Burda nə var ki, artıq təqaüd yaşımdır”.    Polkovnik bundan sonrakı planlarından da danışıb: “45 il işlədim. Pensiya alıram. Daha bəsdi, bundan sonra istirahət edəcəm, sağlamlığımla məşğul olacam”.

Daha çox xəbərlər