Oğurladıqları maşınları parçalayaraq satan şəxslər həbs edildilər
Oğurladıqları avtomobilləri parçalayaraq satan şəxslər həbs edilib.
ARANTV.AZ musavat.com-a istinadən bildirir ki, Abşeronda və Bakıda 4 avtomobil oğurlayan Tahir Atakişiyev və Heydər Əkbərov barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, adıçəkilən şəxslər ilk olaraq Abşeron rayonu Hökməli qəsəbəsində Elbrus Məmmədova məxsus “VAZ 2107” markalı nəqliyyat vasitəsini qaçırıblar.
Görülən tədbirlər nəticəsində avtomobilin Suraxanı rayonun ərazisində olduğu müyyən edilib. Avtomobili oğurlamaqda şübhəli bilinən Tahir Atakişiyev və Heydər Əkbərov saxlanılıb.
Həmin şəxslərin Bakıda da 3 “VAZ 2107” və 1 ədəd “BMW” markalı nəqliyyat vasitələrini oğurladıqları müəyyən edilib.
Onlar ifadələrində maşınları sökərək ehtiyat hissələri halında satmaq üçüm qaçırdıqlarını bildiriblər. Amma onlar oğurladıqları avomobillərdən yalnız birini ehtiyat hissələri halında sata biliblər.
O da müəyyən edilib ki,Tahir Atakişiyev daha əvvəl oğurluğa görə axtarışda imiş.

