Sənətçilər Heydər Əliyevi belə andılar: “Azərbaycan xalqı onu hər zaman yada salıb, qürur duyacaq!” – Fotolar
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.
Azərbaycanın tanınmış sənətçiləri bu münasibət ilə öz xatirələrini, ürək sözlərini sosial şəbəkələrdə paylaşıblar.
Musavat.com onlardan bir neçəsini təqdim edir.
Əməkdar artist Aybəniz Həşimova mərhum prezidentin fotosunu paylaşaraq qeyd edib: “Mən onu belə tanıyıram. Onun üçün heç bir fərqi yox idi sən onun övladısan, ya yox. Əgər sən layiqsənsə sənə bütün şəraiti yaradırdı. Elə bir konsert olmazdı ki, biləndə ki, mən də çıxış edəcəm, məni diləməyib getməzdi. Hətta çıxış nömrəm arxa sırada olmasına baxmayaraq, vacib işi olduğundan mənim çıxışımı təcili önə çəkdirib, məni dinləyib getmişdi. İnsan nə qədər diqqətcil olarmış.
Heç vaxt unutmaram, Üzeyir Hacıbəyovun 100 illik yubileyində Arif müəllimini tələbələri ilə hazırladığımız “Leyli və Məcnun” əsərindən birgə oxuduğum nömrəmi, hansı ki, indiki Heydər Əliyev adına Sarayda yubileydən sinra “ürəyi geniş” sənətkarın istəyi ilə həmin nömrəmi çıxartmışdılar.
Heydər Əliyevin sayəsində Moskvada Arif müəllimə birgə Böyük Teatrın səhnəsində Üzeyir bəyin 100 illik yubiley gecəsində Rusiyanın böyük sənətkarları Kobzon, Bella Rudenko, Sinyavskaya və digərləri ilə birgə çıxış etmək şərəfinə nail olmuşduq”.
Əməkdar artist daha sonra ulu öndərin onun üzərində böyük əməyi olduğunu qeyd edib: “Bu gün əgər xalqımız məni bir ifaçı kii tanıyır, sevirsə, bu hamısı Heydər Əliyevin mənə verdiyi təhsilin bəhrəsidir. Amma bu tək mənə deyil, yüzlərlə Azərbaycan övladlarına Heydər Əliyev tərəfindən yaradılmış şərait idi. Bir insana elm vermək, bəşəriyyət yaşatmaq deməkdir. Unu öndər bunu bacardı. Azərbaycan səni daim sevəcək. Siz mənim həyatımın ən böyük şansi idiniz. Sayənizdə Niyazi, Şövkət Ələkbərova, Tofiq Quliyev, Cahangir Cahangirov, Gülarə Əliyeva kimi insanlarla böyüdüm. Yeriniz cənnət, behişt olsun!”
Xalq artisti, muğam ustadı Mənsum İbrahimov ulu öndərin dünyaya gəlməsinin 97-ci ildönümünü hörmət və ehtiramla yad etdiyini qeyd edib.
Əməkdar artist Elza Seyidcahan isə Heydər Əliyevlə birgə olan fotosunu paylaşaraq qeyd edib: “Bu gün anadan olmasının 97-ci ildönümüdür. Allah ulu öndərimizə rəhmət eləsin, ruhu şad olsun”.
Tanınmış muğam ifaçısı Pərviz Qasımov: “Allah rəhmət eləsin, Ulu Öndər!”
Əməkdar artistlər Ədalət Şükürov, Abbas Bağırov da ulu öndəri hörmət və sevgi ilə andığını qeyd ediblər.
Əməkdar artist Mətanət İskəndərli isə “Siz hər zaman qəlbimizdəsiniz, biz hər zaman sizinləyik” qeydini paylaşıb.
Müğənni Roza Zərgərli: “Bu gün dahi siyasətçi, görkəmli dövlət xadimi, ümummilli liderimizin, Heydər Əliyevin anadan olmasından 97 il keçir. Azərbaycan xalqı onu hər zaman yada salıb, qürur duyacaqdır!”
Müğənni Nadir Qafarzadə isə mərhum prezidentə həsr olunan məşhur mahnının sözlərini paylaşıb: “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək!”
Müğənni Sevda Yəhyayeva: “Hörmətlə anırıq! Ulu öndər Heydər Əliyev, Allah sizə rəhmət eləsin!”.
Xalidə Gəray,
Musavat.com











