Cəmiyyət 

İsmayıllıda qanvermə aksiyası keçirilib

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan qanvermə aksiyasına İsmayıllı rayonu da qoşulub. “Qan ver, həyat qurtar” adlı aksiya COVID-19 pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi dövründə qan çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə dəstək olmaq məqsədilə keçirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ismayıllılar bu xeyirxah aksiyada yüksək fəallıq göstəriblər. Rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət, idman və digər sahələrdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, habelə sıravi vətəndaşlar, xüsusilə gənclər qanvermə aksiyasında fəal iştirak ediblər. Kampaniyaya könüllü qoşulan insanlar əvvəlcə müayinədən keçirilib. Sonra Mərkəzi Qan Bankının Şəki bölməsindən dəvət olunan həkim briqadası onlardan qan götürüb.

Aksiya rayon mərkəzi xəstəxanasının dəstəyi ilə karantin rejimi qaydalarına riayət edilərək həyata keçirilib.

Daha çox xəbərlər