Hadisə 

Bakıda 18 yaşlı oğlanı döyüb, telefonunu aldılar

Bakıda oğlanı küçədə döyüb, qarət ediblər.

ARANTV.AZ  xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Q.Qarayev küçəsində baş verib.

Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü X.Cəfərli polisə müraciət edib və küçədə naməlum şəxslərin onu döyərək, mobil telefonunu əlindən aldığını deyib.

Müraciət əsasında Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri, 1999-cu il təvəllüdlü E.Məmmədov və 2002-ci il təvəllüdlü E.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (quldurluq) maddəsilə cinayət işi başlanıb.Oxu.Az

Daha çox xəbərlər