Hadisə 

Bakıda “Ford”dan 1700 manatlıq oğurluq edildi

Bakıda avtomobil qarət olunub.

ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib.

Həmin küçədə Bakı şəhər sakini Səfərbəy Əmrahova məxsus “Ford” markalı avtomobil qarət olunub. Naməlum şəxs avtomobildə olan 1 200 manatı və 480 manatlıq mobil telefonu oğurlayıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şərur rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Quliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.Trend

Daha çox xəbərlər