Dünya 

Rusiyada deputatlar koronavirusdan maraqlı üsulla qorunur

Rusiyada bəzi millət vəkilləri koronavirusdan qorunmaq üçün həşəratlara qarşı istifadə edilən dərmanlara bənzər həblərdən istifadə etməyə başlayıblar.

“Hürriyet” xəbər verir ki, yapon firmasının hazırladığı dərmanlar nişan formasında yaxaya taxılır.

Onlar 10 gün ərzində xlordioksid ifraz edərək, bir metr məsafədə müdafiə yaradır.

Amma bu həblər onu istifadə edənləri xlorun təsirinə məruz qoyur. Nəticədə, insanda başgicəllənmə, zehni pozğunluq və başqa əks təsirlər üzə çıxır.

Daha çox xəbərlər